İsveçdəki terror aktından görüntülər — VİDEO

İsveçdəki terror aktından görüntülər — VİDEO backend

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində terror aktı törədilib.

“Ölkə.Az” xəbər verir ki, sürücü yük avtomobilini qəsdən piyadaların üstünə sürüb. Nəticədə 3 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

İsveç polisi bəyan edib ki, hücuma görə artıq iki nəfər dindirilir.

Qeyd edilir ki, dindirilən şəxslər hücuma görə şübhəli sayılmırlar. İsveç polisindən verilən məlumata görə, terror aktının istintaqına kömək edən istənilən şəxslə hüquq-mühafizə orqanları söhbət edəcək.

“Ölkə.Az” hadisə baş verən ərazidən videogörüntü və eksklüziv fotolar təqdim edir. Fotolar və video redaksiyamıza Stokholmda yaşayan Leyla Kiani adlı xanım tərəfindən göndərilib.