İŞİD terror qruplaşmasının silahlıları cümə günü Mosulda dinc əhalini tərkibində döyüş qazı olan mərmilərlə atəşə tutublar.
"Report" xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin sədri Əbdül Səttar əl-Xabuya istinadən RİA "Novosti" məlumat yayıb."İŞİD bu gün dinc əhali və azad olunmuş Yarmuk və Mətahin rayonlarında olan hökumət qüvvələrinə qarşı tərkibində döyüş qazı və xlor olan mərmilərdən istifadə edib", — deyə mənbə bildirir.
Onun sözlərinə görə, terrorçuların bu əməlindən neçə nəfərin zərər çəkdiyi barədə hələ ki, dəqiq məlumat yoxdur.