Stokholmda nə baş verir? - Vağzal boşaldılır

Stokholmda nə baş verir? - Vağzal boşaldılır backend

İsveçin paytaxtı Stokholmda mərkəzi vağzal təxliyə edilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, hazırda təxliyyə məqsədli əməliyyat davam edir.

Polisin təlimatına əsasən mərkəzə doğru hərəkət edən qatarların hərəkəti də dayandırlıb.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb.

Sürücü maşını küçənin piyada hissəsində gəzən insanaların üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər həlak olub, xəsarət alanlar var.

Yük maşını mağazalardan birinin vitrininə çırpılaraq dayanıb.

Hadisə yerində polis və təcili tibbi yardım heyəti çalışır. İnsident araşdırılır.