Bütün dünya Türkiyədə olacaq

Bütün dünya Türkiyədə olacaq backend

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə keçiriləcək tədbirlərdə 14 ölkədən 1100 jurnalist iştirak edəcək.

Qaziler.az ATV.az-a sitinadən bildirir ki, Mətbuat Nəşr və İnformasiya müdiri Murat Dərəli yazılı açıqlamasında 1000-dən çox media işçisinin tədbirlər üçün akkreditə olduğunu bildirib:

“Keçən il 230 jurnalist dostumuzun iştirak etdiyi mərasimdə bu il rəqəmlər rekord həddə çatdı”.

Dərəli təşkilat olaraq akkreditə əməliyyatlarını təxminən 15 gündür davam etdirdiklərini deyib:

“Artıq əməliyyatları bitirdik. Media mənsublarının rahatlığını təmin etmək məqsədilə ilkin hazırlıqları sona çatdırırıq. Qalanı isə dünyanı məlutlandırmaq kimi müqəddəs iş görən jurnalistlərə qalıb. Mərasimlərdə Türkiyə də daxil olmaqla, Çin, Fransa, İtaliya, Polşa, Bolqarıstan, Kanada, ABŞ, Azərbaycan, Almaniya, İraq, Avstraliya, Yeni Zelandiya və İngiltərədən gələn mətbuat nümayəndələri iştirak edəcək”.
Diaspora