Çin Hindistana nota verdi

Çin Hindistana nota verdi backend

Çin Hindistana etiraz notası verib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin söyləyib. Çunin Hindistana etirazın bu ölkəyə Dalay Lamanın səfər etməsi ilə əlaqədar edildiyini bildirib.

Qeyd edək ki, Dalay Lama çərşənbə axşamı Hindistanın Arunaçal-Pradeş ştatına səfər edib. Bu ştatın ərazisinin bir hissəsi Çinlə Hindistan arasında mübahisəli ərazi hesab edilir.

Dalay Lamanın girişi Çinə qadağan olunub. Çin onu Tibetdə separatçılıq yaymaqda günahlandırır.