“Eurovision 2017“ Ukraynada deyil, Berlində keçirilə bilər“ - rəsmi açıqlama

“Eurovision 2017“ Ukraynada deyil, Berlində keçirilə bilər“ - rəsmi açıqlama backend

Avropa Yayım Birliyinin (AYB) baş direktoru İnqrid Deltenre Rusiya təmsilçisi Yuliya Samoylovanın Kiyevdə keçirilən “Eurovision 2017” müsabiqəsində iştirak etmək üçün ölkə ərazisinə buraxılmaması barədə açıqlama verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, AYB-nin baş direktoru rəsmi Kiyevin "Eurovision" qaydalarına uyğun hərəkət edəcəyinə və bu qərarını dəyişəcəyinə inandığını bildirib:

“Təşkilatçıların və iştirakçıların müsabiqədən çıxarılması yolverilməzdir, bu, qayda pozuntusudur. Birincisi, Samoylova Krımda olanda “Eurovision” təmsilçisi olmayıb. İkincisi, Ukrayna ona müsabiqədən sonra da qadağa qoya bilər".

Bundan başqa, AYB-nin baş katibi Ukraynanın səhvən qalib gəldiyini və "Eurovision"ın Kiyevdə keçirilməsinin yanlış olduğunu vurğulayıb.

Deltenre Ukraynaya xəbərdarlıq da edib. O, bildirib ki, Rusiya təmsilçisinin Ukraynaya buraxılmasına icazə verilməzsə, yarışma Ukraynanın əlindən alınıb Almaniyaya veriləcək. Bunun üçün artıq bütün rezervasiya işləri də görülüb.

İnqrid onu da əlavə edib ki, əgər "Eurovision" Berlində keçirilərsə, onda Ukrayna növbəti bir-iki il ərzində müsabiqədə iştirak edə bilməyəcək. Bundan başqa, "Fifa World Cup"ın birbaşa yayımı da Ukraynanın əlindən alınacaq.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub.

Diaspora