Aprelin 3-də Sankt-Peterburq metrosinda törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb.
Partlayış əsnasında Rusiya prezidenti Vladimir Putin Belorus prezidenti Aleksandr Lukaşenko ilə rəsmi görüş keçirib. Görünən odur ki, partlayış Rusiya prezidentinə bir mesaj olub. Buna səbəb kimi isə Rusiyanın xarici siyasət kursu göstərilir.
Azərbaycanlı siyasətçilər isə düşünürlər ki, Rusiyada terror ölkə rəhbərliyini təşvişə salmaq üçün törədilib. Politoloq, millət vəkili Araz Əlizadə Ölkə.Az-a açıqlamasında bildirib ki, Rusiyanın daxili və xarici düşmənləri orada həmişə terror törətməəy hazırdılar.
“Rusiya Suriyada terrorçuluqla mübarizə aparır. Bundan başqa, Ukrayna məsələsində Rusiya hegemonluk nümayiş etdirir. Bu səbəbdən də, Rusiyanın düşmənləri çoxdur. Bu terror də Rusiyaya, ölkə rəhbərliyinə bir mesajdır. Yəni sən nə qədər də hegemon olsan da, səni sındırmaq olar”, - deyə deputat bildirib.
A.Əlizadə deyir ki, Rusiyada bundan sonra da terror aktlarının törədilməsi istisna olunmur: “Rusiya hökuməti hər şeyə hazır olmalıdır”.