Rusiya və Türkiyə Qara dənizdə təlimə başladı

Rusiya və Türkiyə Qara dənizdə təlimə başladı backend

Rusiya və Türkiyə Qara dənizdə birgə hərbi təlim keçirib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Qara dəniz donanmasının rəsmi nümayəndəsi Vyaçeslav Truxaçev söyləyib.

O, Rusiya tərəfindən təlimdə “Admiral Qriqoroviç” gəmisinin, “Raptor” tipli katerlərin iştirak etdiyini bildirib. Türkiyə tərəfindən isə təlimə “Barbaros” gəmisi cəlb olunub.