Rus senator yıxılaraq öldü

Rus senator yıxılaraq öldü backend

Rusiya Federasiya Şurasının üzvü Vadim Tyulpanov vəfat edib.

"Ölkə.Az" xəbər verir ki, V.Tülpanov Sankt-Peterburqdakı sanatoriyada olarkən bədbəxt hadisə baş verib. Senator yıxılıb və başından ağır xəsarət alıb. Onun üçün təcili yardım çağırılıb. Lakin həkimlrə gələnə qədər Vadim Tyulpanov dünyasını dəyişib.

Rusiya Dövlət Dumasının deputatı Sergey Boyarski məlumatı təsdiqləyib. Sankt -Peterburq məclisinin üzvü Vitali Minolov isə bildirib ki, Vadim Tyulpanovun xatirəsi əbədiləşdirilməlidir.

“Onun Rusiya üçün çox böyük əməyi olub. Həmişə vətənini sevib və hər bir addımında Rusiyanın rifahını düşünüb. Ən çətin vaxtlarda belə Vadim Tyulpanov əsəbi halda qərar verməyib. Həmişə addım atarkən diqqətli olub”, -deyə Vitali Minolov bildirib.