Putin respublika rəhbərini dəyişdi

Putin respublika rəhbərini dəyişdi backend

Rusiya Prezidenti Vladimir Putin Federasiya tərkibində yerləşən Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyovu vəzifəsindən azad edib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.

O bildirib ki, Solovyov etibarını itirməsi səbəbindən rəhbərlikdən çıxarılıb.

Peskov sözlərinə görə, onun yerinə Rusiya İctimai Palatasının katibi Aleksandr Breçalov təyin edilib.

Bundan əlavə, Rusiya mətbuatında yayılan məlumatlarda Sovolyovun polis tərəfindən saxlanıldığı bildirilib.