Birləşmiş Millətlər Təşkilatı bildirib ki, silahlı qarşıdurmaya görə Ukraynadan gedənlərin sayı artır.
BMT nin Qaçqınlar Üzrə Ali Komissarlığının verdiyi məlumata görə, 16 apreldə 800 min 961 ukraynalı sığınacaq almaq üçün qonşu ölkələrə müraciət edib.Ukraynada məcburi köçkünlərin sayı 1 milyon 228 min adama çatdığı qeyd edilir.
Verilən məlumata görə, Donbassdan 542 minə yaxın qaçqın Rusiyaya köçməyə məcbur olub.