Rus hərbi qırıcıları Suriyada məscid və bazarı bombaladı

Rus hərbi qırıcıları Suriyada məscid və bazarı bombaladı backend

Rusiyaya məxsus hərbi təyyarələr Suriyada məscid və bazarı bombalayıb.

"Ölkə.Az" xəbər verir ki, faciə Suriyanın şimalındakı İdlib əyalətinin Salkin və Cisr əş-Şuğur bölgələrində baş verib. İnsident nəticəsində 21 nəfər ölüb, 35 nəfər yaralanıb.

Salkin mülki müdafiə rəsmisi Taha əl Ömər açıqlama verib: "Rus hərbi təyyarələri Salkindəki Rava məscidini və bazarı bombalayıb. Bombardman nəticəsində 16 nəfər mülki vətəndaş həlak olub. Ölənlər arasında uşaqlar da var. Böyük dağıntılar var. Yaralılar rayon xəstəxanalarına çatdırılıb".

Ömər İdlibin Cisr əş Şuğur rayonuna təşkil edilən hücum nəticəsində 5 nəfərin öldüyünü, bir çox mülki vətəndaşın da yaralandığını qeyd edib.