Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Sankt-Peterburq metrosunda baş verən partlayışın araşdırılması ilə bağlı Rusiyaya yardım təklif edib.
Axar.az xəbər verir ki, bunu UTX rəsmisi Yuri Tandit bildirib.“Əgər lazım olarsa, başqa dövlətlər kimi biz də yardım etməyə hazırıq”, - UTX rəsmisi deyib.
Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunda baş vermiş partlayış zamanı 11 nəfər həlak olub, 51 nəfər yaralanıb.