QAZİLER.AZ saytının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Avropa İttifaqı ərazisində yeni dövlət - Liberland Azad Respublikası yaradılıb. Ölkənin valyutası “bitcoin” və ya onun əsasında digər kriptovalyuta olacaq. Ərazisi 6 kv.km təşkil edən ölkənin rəsmi yaranma tarixi 13 aprel 2015-ci il hesab edilir.
Dövlət Xorvatiya və Serbiya arasında olan ərazidə yerləşir. Kriptodövlətin yaradılması təşəbbüsü respublikanın ilk prezidenti seçilən Çexiya Azad Vətəndaşlar Partiyasının üzvü Vita Edliçkaya məxsusdur.Yeni yaradılan dövlətin şüarı “Yaşa və başqalarına yaşamağa imkan ver” seçilib. Ölkə “Wikipedia” onlayn ensiklopediyasında səhifəyə, sayta, bayraq və gerbə malikdir.
“Hazırlıq komitəsi prezidentə diplomatik kanallar vasitəsilə ölkənin yaranması barədə qonşu ölkələri, BMT və dünyanı məlumatlandırmaq səlahiyyəti verib. Yeni dövlətin yaradıcıları insanların əlavə dövlət qadağaları və vergilər olmadan gözəl yaşaya biləcəkləri cəmiyyət yaratmaq istəyirlər. Bizim ideallarımız Monako, Lixtenşteyn və Honkonqdur”, - V.Edliçka bildirib.
“Bitcoin” virtual valyutasının rəsmi valyuta kimi qəbul edilməsi dövlət tipoqrafiyasının açılmasına, banknotların dizaynının və mühafizə vasitələrinin işlənməsinə vəsaitlər xərcləməməyə imkan verəcək. Bundan əlavə, Liberland təcrübəsi uğurlu olsa, bu, “bitcoin” və "blockchain” texnologiyasının praktiki tətbiqinə böyük töhfə verə bilər, - "Payspacemagazine” yazır.