Amerika Birləşmiş Ştatları Yəmən sahillərinə idarəolunan raket kreyser və təyyarə daşıyıcısı göndərib. Ərəb dənizinin Aden körfəzində 7 hərbi gəmi görünüb. Pentagon bildirib ki, Yəməndə hərbi əməliyyat aparan İran hərbi bərə -gəmilərini tuta bilər. Qeyd edək ki, hərbi bərə-gəmi ilə hərbi sursat daşınır.
Bazar ertəsi Yəmənin paytaxtı Səna şəhərinə ərəb koalisiyasının hava hücumları nəticəsində 25 nəfər ölüb, 100 dən çox insan yaralanıb. Xəsarət alanların çoxu qadınlar və uşaqlardır.Hədəf şəhərin cənub hissəsində yerləşən silah anbarı olub.
Döyüş sahəsində humanitar yardım krizisi Yəməndə pisləşir.Hal-hazırda Beynəlxalq Yardım Təşkilatının köməyinə 16milyon insanın ehtiyacı var.
Ümumdünya ərzaq proqramı xüsusilə, münaqişə zonasında yəmənlilərə kömək edir. BMT yaxın aylarda Somalidə və Cibutidə 130 min yəmənə sığınacaq axtarmaq məcburiyyətində qalacaq.