Türkiyədə aprelin 16-da keçiriləcək referendum seçkiləri ilə bağlı baş nazir Binəli Yıldırım sabah Kayseri şəhərində mitinq təşkil edəcək.
“Qafqazinfo”nun verdiyi məlumata görə, Kayseridən olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül mitinqə qatılmayacaq.
Sabiq prezidentə yaxın mənbələrin verdiyi məlumata görə, A. Gül siyasi proqramlarda iştirak etməmək qərarına gəlib.