ABŞ Dövlət katibi Reks Tillersonun Rusiyanı təcavüzkar adlandırması bizdə təəccüb doğurur. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
“Çox təəssüf ki, bu fikirlər Rusiya-NATO Şurasının iclasından bir gün sonra səsləndirilir. NATO-nun baş katibi Yens Stoltenberq görüşün açıq və konstruktiv şəkildə keçdiyini, geniş məsələlər ətrafında müzakirələrin aparıldığını bildirmişdi”, - deyə bəyanatda qeyd olunub.Tillersonun açıqlaması təəccüb doğurur - Rusiya XİN-dən açıqlama

