Honq Konqda yanğın olub, 12 nəfər xəsarət alıb

Honq Konqda yanğın olub, 12 nəfər xəsarət alıb backend

Çinin xüsusi inzibati rayonu Honq Konqda yaşayış kompleksində yanğın baş verib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 12 nəfər xəsarət alıb. Binadan 100-dən artıq insan təhlükəsizlik səbəbi ilə təxliyə edilib.


Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hazırda mütəxəssislər yanğının səbəbini araşdırırlar.