Rusiyanın "Salyut" müdafiə sənayesi zavodunun baş direktoru Nikolay Porollonun meyiti bu gün səhər Samaradakı evində aşkar edilib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə regionun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
"İlkin məlumatlara görə, bu, intihardır", - mənbə vurğulayıb.
Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.