Neft savaşı: Rusiya Arktika planını açıqladı

Neft savaşı: Rusiya Arktika planını açıqladı backend

Rusiya 20 il sonra Arktikadakı yataqlardan neft hasilatını artıracaq. Axar.az xəbər verir ki, bunu CNBC televiziyasına müsahibəsində Rusiya Energetika naziri Aleksandr Novak söyləyib.


“Hazırda Arktikadakı hasilat ümumi neft hasilatımızın 17%-ni təşkil edir. 20 il sonra bu həcmi 26%-ə çatdıracağıq”, – o bildirib.

Qeyd edək ki, Arktikada dünyanın ümumi neft ehtiyatının dördə bir hissəsi cəmləşib. Hazırda bu əraziyə Rusiya ilə yanaşı daha 7 dövlət də iddia edir.