ABŞ Bəhreynə 19 F-16 qırıcısı satmaq istəyir. Axar.az “Röyter” agentliyinə istinadən xəbər verir ki, Ağ Ev artıq niyyəti barədə Konqresi məlumatlandırıb.
Qeyd edək ki, Bəhreyn İranın maraq dairəsindədir. Ölkədə sünni azlığın hakimiyyətdə olması Tehranın bu ölkə ilə münasibətlərini pisləşdirib. Tehranın ölkənin daxili işlərinə tez-tez müdaxiləsi Bəhreynin İrana qarşı sərt bəyanatlar səsləndirməsinə səbəb olub.ABŞ İranın düşmənini silahlandırır

