Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç çıxış edib.
Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunda islahatlara maneə yaradan yeganə şey ABŞ-ın mövqeyidir:“Biz əsas liderlərin real güclərinin dəyişdiyi qəribə dünyada yaşayırıq. 50 il bundan öncə bir ölkənin rəqabətliliyini müdafiə etmək üçün yaradılmış institutlar dünya iqtisadiyyatına ağır zərbə vururlar. Amerika qanunları Avropa və Asiyanın bankları üçün ziyanlıdır”.