Müxaliflərin Fəth ordusu ilə İranın dəstəklədiyi Hizbullah arasında ölkənin şimal-qərbindəki İdlib əyalətinə bağlı iki şiə kəndi və Dəməşqin kəndində müxaliflərin nəzarətindəki iki sünni bölgənin təxliyyəsi ilə bağlı razılıq əldə edilib.
Axar.az xəbər verir ki, Fua və Kefreyya kəndləri Fəth ordusu tərəfindən, Dəməşqin kəndində müxaliflərin nəzarətindəki yerləşən Madaya və Zebadani bölgələri isə Hizbullah və rejim tərəfindən mühasirə altında saxlanılılır. Əgər qarşılıqlı razılaşma yerinə yetirilərsə, bu Suriya tarixində ən böyük təxliyyə olacaq.Razılaşmanın aprelin 4-də reallaşacağı gözlənilir. İlk mərhələdə 16 min insanın təxliyyəsi planlaşdırılır.