Putinin yeni qərarı — Əsgər sayı artırılsın

Putinin yeni qərarı — Əsgər sayı artırılsın backend

Rusiyanın prezidenti Vladimir Putin yeni sərəncam imzalayıb.

"Ölkə.Az" xəbər verir ki, sərəncama əsasən rus ordusunda şəxsi heyətin sayı artacaq. Bundan sonra Rusiya silahlı qüvvələrində şəxsi heyətin sayı 1.88 milyondan 1.9 milyona qədər artacaq.

Sərəncam Rusiya hökumətinin rəsmi internet səhifəsində yayımlanıb. Qərara əsasən 2017-ci il 1 iyul tarixindən silahlı qüvvələrdə şəxsi heyətin sayı 1.9 milyon nəfərə qədər artacaq.

Qərar qüvvəyə mindikdən sonra Rusiya Silahlı Qüvvələrində zabit sayı 1 milyonu ötəcək. Rusiya ordusunda zabitlərdən savayı müxtəlif işləri mülki şəxslər də yerinə yetirir.