Türkiyənin güc qüvvələri 15 iyul dövlət çevrilişinə cəhdin ehtimal edilən təşkilatçılarından biri olan Adil Öksüzün mobil telefonuna ABŞ-ın İstanbuldakı Baş konsulluğundan zəng edildiyini müəyyənləşdiriblər.
AzVision.az xəbər verir ki, Ankara prokurorluğundakı mənbə "Anadolu" agentliyinə iyulun 21-də A.Öksüzə edilən həmin zəngin ABŞ diplomatik missiyasında qeydiyyatdan keçən nömrədən gəldiyini deyib. Bu fakt prokurorluq tərəfindən yaxın günlərdə məhkəməyə təqdim ediləcək istintaq aktında qeydə alınıb.Qeyd edək ki, ötən ilin noyabrında "Anadolu agentliyi" Ankara prokurorluğuna istinadən məlumat yayıb ki, çevriliş cəhdlərinin iki koordinatoru Kamal Batmaz və Adil Öksüz 2016-ci ildə dörd dəfə ABŞ-da olublar.
