Bu gün saat 14.30 radələrində Ermənistan polisinə Ayqedzor 3 ünvanında kişi meyitinin olması barədə məlumat daxil olub.
Qaziler.az-ın məlumatına görə, Musavat.com-un erməni mediasına istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər araşdırmalar nəticəsində 30-35 yaşlı kişini asılmış vəziyyətdə aşkarlayıblar.İlkin araşdırmalar nəticəsində məlum olub ki, ölən şəxs İran vətəndaşıdır. O, Ermənistana turist kimi gəlsə də, yuxarıda qeyd olunan ünvanda yaşayırmış.
Qeyd edək ki, Ermənistanda xarici ölkə vətəndaşlarının müəmmalı ölümü ilə bağlı vaxtarışı məlumatlar yayılır. Bir müddət əvvəl Gürcüstan vətəndaşının meyiti oteldə aşkarlanmışdı. Novruz tətili günlərində İrandan Ermənistana gələn turistlərin sayında ciddi artım olduğunu həm Ermənistan, həm də İran mediası təsdiqləyib. Bəzi məlumatlara görə, Ermənistana eyş-işrət üçün gedənlərin də sayı az deyil, onlar bəzən 1-2 günlük işğalçı ölkəyə gedir, kef çəkib qayıdır. Hər halda kef üçün Ermənistana gedən İran vətəndaşının orada özünü asması az inandırıcı görünür. Hələlik İran dövlətinin hadisə ilə bağlı reaksiyası məlum deyil.