Böyük Britaniya Aİ-dən çıxması ilə bağlı Brüsseli rəsmən xəbərdar edib

Böyük Britaniya Aİ-dən çıxması ilə bağlı Brüsseli rəsmən xəbərdar edib backend

Böyük Britaniyanın Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi Tim Barrou Avropa Şurasının rəhbəri Donald Tuska bu ölkənin Baş naziri Tereza Meyin imzaladığı və Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı rəsmi bildirişin olduğu məktubu təqdim edib.

"Report" xəbər verir ki, Lissabon müqaviləsinin 50-ci maddəsində göstərilən qaydalara əsasən, Aİ-ni tərk etmək istəyən dövlət bunu rəsmi bildiriş verdikdən iki il sonra etməlidir. Başqa sözlə, Böyük Britaniya Aİ-ni 2019-cu il martın 29-da tərk edəcək.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı qərarı keçən il iyunun 23-də keçirilən referendum nəticəsində qəbul olunub.