Yanukoviçin adamı Qafqazda həbs edildi

Yanukoviçin adamı Qafqazda həbs edildi backend

Ukrayna energetika nazirinin keçmiş müavini İqor Kiryuşin Gürcüstanda həbs edilib. Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Baş prokuroru Yuri Luçenko söyləyib.

O, Kiryuşinin Ukraynanın eks-prezidenti Viktor Yanukoviçlə birgə cinayət əməlləri törətməkdə ittiham edildiyini bildirib. Luçenko Kiryuşinin Ukraynaya ekstradisiyası ilə bağlı iş aparıldığını söyləyib.