Arktika Rusiya üçün əsas prioritetdir. Axar.az xəbər verir ki, bunu “Arktika – dialoq ərazisi” forumunun açılışında çıxışı zamanı Rusiya Baş nazirinin müavini Dmitri Roqozin söyləyib.
“Rusiya üçün Arktika həmişə xüsusi maraq dairəsində olan region olub. Rusiyanın Arktikada əsas marağı bölgədə sülhün qorunmasıdır”, – deyə o bildirib.Qeyd edək ki, Arktika uğrunda son günlər münasibətlər gərginləşib. Belə ki, əsas gərginləşmə Kanada, ABŞ, Norveç və Rusiya arasında yaşanır. Moskvanın bölgədə yeni hərbi bazalar inşası, xüsusilə, ABŞ-ın etirazına səbəb olub.