Tarixi körpü uçdu

Tarixi körpü uçdu backend

Osmanlı İmperyasının Avropada tikdirdiyi ən böyük tək aşırımlı körpü hesab olunan Plaka körpüsü şiddətli selə tab gətirəməyərək aşıb.

Türkiyə mediasının verdiyi məlumata görə, tək aşırımlı körpü 1866-cı ildə sultan Əbdüləzizin göstərişi ilə Yunanıstanda inşa edilib. Körpünün uçmasına səbəb bir neçə gün bundan əvvəl Avropa ölkələrində qeydə alınan sərt hava şəraiti göstərilir.
Yunanıstanın baş naziri Aleksis Çipras açıqlamasında bildirib ki, tarixi abidənin uçmasına təəssüf edir.
Xatırladaq ki, Plaka körpüsü tikildiyi tarixdən indiyə kimi restovrasiya olunmayıb.
Diaspora