Ukraynaya hansı ölkələrin ordu göndərəcəyi açıqlandı

Ukraynaya hansı ölkələrin ordu göndərəcəyi açıqlandı backend

Ukrayna Prezidenti Pyotr Poroşenko hansı ölkələrin Lvova ordu göndərəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, Lvovda Ukrayna-Amerika hərbi təlimlərinin açılış mərasimi zamanı çıxış edən Poroşenko Kanada, Böyük Britaniya, Polşa, Avstraliya və NATO-nun digər ölkələrinin Silahlı Qüvvələrini göndərəcəyini bildirib.

Poroşenko beynəlxalq əməkdaşlığın Ukraynanın ərazi bütövlüyünün bərpasına, azadlıq və demokratiyanın bərqərar olmasına töhfə verəcəyini qeyd edib. Yarım il əvvəl heç kimin Ukrayna ilə əməkdaşlıq etmək istəmədiyini, bu gün isə vəziyyətin tamam dəyişdiyini vurğulayıb.
Diaspora