Çində mədən uçqunu: 7 nəfər yerin altında qaldı

Çində mədən uçqunu: 7 nəfər yerin altında qaldı backend

Çinin Sintszyan–Uyğur Muxtar Rayonunda kömür mədənində uçqun baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şuymoqou rayonunda yerləşən mədəndə qeydə alınıb.


Qəza nəticəsində 7 şaxtaçı yerin altında qalıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Uçqunun səbəbləri müəyyənləşdirilir.