İstanbulun Şişli qəsəbəsində yerləşən erməni qəbiristanlığı 80 il sonra dövlətin mülkiyyətindən alınaraq Bəyoğlu “Üç Horan” erməni kilsəsi vəqfinə verilib.
Türkiyə mediasının verdiyi məlumata görə, qiyməti 700 milyon türk lirəsi qiymətində dəyərləndirilən qəbiristanlıq 42 min kvadrat metr ərazini əhatə edir.Məlumatda bildirilir ki, Bəyoğlu “Üç Horan” kilsəsi vəqfi 2011-ci ildə vəqflər haqqında qanuna edilmiş dəyişikliklərdən istifadə edərək erməni məzarlığının sənədləşdirilməsi üçün müvafiq qurumlara müraciət edib. Bu yaxınlarda onların müraciətinə müsbət cavab verilib və qəbiristanlıq dövlətdən alınaraq erməni kilsəsinin mülkiyyətinə verilib.