Rusiyanın Novosibirsk şəhər sakini olan 80 yaşlı qadın öz evində kilsə şamından yaranan yanğın zamanı ölüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiyanın regionlar üzrə İstintaq idarəsi istintaq komitəsinin verdiyi məlumata görə, bu gün baş vermiş hadisə zamanı mənzildə tək olan qadın ehtimallara görə kilsə şamını yandıraraq dua oxuyurmuş. Şamdan çıxan alov tezalışan əşyanın üzərinə düşərək yanğın törədib. Qadın alovu söndürməyə çalışsa da bunu bacarmayıb.Qapı içəridən bağlı olduğuna görə qonşular yaşlı qadına yardım edə bilməyiblər. Xilasedicilər gələnə qədər qadın ölüb.