Məhkəmə Yəmən prezidentinə ölüm hökmü çıxardı

Məhkəmə Yəmən prezidentinə ölüm hökmü çıxardı backend

Yəmənin paytaxtı Sənadakı məhkəmə Prezident Abd Rabbo Mənsur Hadini dövlətə xəyanətdə ittiham edərək ölüm hökmünə məhkum edib.

Qaziler.az axar.az-a istinadən bildirir ki, Hadi ilə bərabər, hökumətin daha altı üzvü haqqında da anoloji qərar verilib. Ölüm hökmü çıxarılan şəxslər arasında Yəmənin ABŞ-dakı səfiri Əhməd Avad bin Mübarək və keçmiş xarici işlər naziri Riyad Yasin də olub.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən bu yana davam edir. Hazırda ölkənin paytaxtı qiyamçı husilərin nəzarəti altındadır.