"Türkiyənin Avropa İttifaqına daxil olmasının məqsədəyönlü olub-olmaması barədə referendum keçirilə bilər".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib. O, ölkənin Avropa İttifaqına daxil olmasının məqsədəyönlü olub-olmaması barədə referendum keçirilə biləcəyini istisna etməyib."16 aprel referendumundan sonra biz Avropa İttifaqına daxil olmaqla bağlı danışıqların davam etdirilib-etdirilməməsi barədə referendum keçirə bilərik" — Ərdoğan bəyan edib.
Qeyd edək ki, Türkiyə və Avropa İttifaqı arasında münasibətlər Almaniya və Hollandiya rəsmilərinin türkiyəli nazirlərin referendum öncəsi bu ölkələrdəki türklər qarşısında çıxış etməyə imkan verməmələrindən sonra gərginləşib.