Böyük Britaniyanın Berkşir qraflığında helikopter qəzaya uğrayıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident Kaverşem şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, helikopterin göyərtəsində olan iki nəfər sağ qalıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Qəzanın səbəbləri hələ ki, məlum deyil.