Almaniya Liviya qaçqınlarından narahatdır

Almaniya Liviya qaçqınlarından narahatdır backend

QAZİLER.AZ Bloknot.ru-ya istinadla bildirir ki, Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmayer bu gün Luksemburqda işə başlayan Avropa Birliyi Şurasını Liviya qaçqınlarının problemi ilə məşğul olmağa çağırıb. Bu gün o bu barədə Avropa Şurasının xarici işlər nazirlərinin görüşündə bəyan edib.

Ştaynmayer diqqətə çatdırıb ki, son vaxtlar Liviyadan Cənubi İtaliyaya axın edən qaçqınlar gəmi-bərələrdə Aralıq Dənizi sularında həlak olurlar. Alman KİV-lərinin yazdığına görə, artıq onların sayı 950-ni ötüb. Hazırda bu məsələni müzakirəyə çıxarmaq lazımdır və problemdən çıxış yolu tapılmalıdır tələbini irəli sürən Ştaynmayer həlak olanların ailəsinin Avropa Şurasını günahlandırdıqlarını bəyan edib.
Diaspora