Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yeni bəyanatla çıxış edib.
"Ölkə.Az" xəbər verir ki, Ərdoğan onu diktator adlandırdıqları müddət ərzində Avropa ölkələrinin nümayəndələrini faşist adlandırmağa davam edəcəyini bildirib.Ərdoğan deyib: "Onlara nasist deyəndə narahat olurlar. Sizə rahatlıq verməyəcəm. Siz Ərdoğanı dikator adlandırdığınız müddətcə faşizm və nasizmdən danışacam".
Türkiyə prezidenti Denizli şəhərində keçirilən mitinqdə bu bəyanatla çıxış edib.
Qeyd edək ki, rəsmi Berlin və Türkiyənin münasibətləri İstanbulda türk əsilli alman jurnalist Deniz Yücelin həbsindən sonra kəskinləşib.