Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Merkeli nasizmdə ittiham etməsi qəbuledilməzdir.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniyanın hökumət sözçüsü Ulrike Demmer deyib.“Ərdoğanın nasistlərlə bağlı müqayisəsi qəbuledilməzdir. Bundan sonra sözləri yumşaltmaq və yaranacaq problemin qarşısını almaq Türkiyədən asılıdır”, - sözçü əlavə edib.
Qeyd edək ki, Ərdoğan bir neçə gün öncəki çıxışında Merkeli nasizm siyasəti yürütməkdə ittiham etmişdi.