Tramp Putini “kənək qoz“ adlandırdı

Tramp Putini “kənək qoz“ adlandırdı backend

Amerikalı lider Donald Tramp Rusiya prezidentinin qısa xarakteristikasını verməklə bağlı suala cavab olaraq belə deyib.

"Bilmirəm, o, Rusiya üçün necədir, amma nə vaxtsa güman edirəm ki, biz bunu anlayacayıq", - deyə ABŞ prezidenti əlavə edib.

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini "kənək qoz" adlandırıb.

Qaziler.az TASS-a istinadən bildirir ki, amerikalı lider "Fox" telekompaniyasına verdiyi müsahibədə belə deyib.

Aparıcı bir sıra amerikalı siyasi xadimin, eləcə də rusiyalı liderin adını çəkərək onlara qısaca xarakteristika verilməsini Trampdan xahiş edib. ABŞ administrasiyasının rəhbəri Putin haqqında bunları söyləyib: "Onu bilmirəm. Lakin şübhəsiz ki, kənək qozdur. Rusiya üçün necədir, deyə bilmərəm, ancaq nə vaxtsa, güman edirəm ki, biz bunu anlayacayıq".