Bolqarıstan kurortunda qar uçqunu baş verib

Bolqarıstan kurortunda qar uçqunu baş verib backend

Bolqarıstanın Bansko şəhəri yaxınlığında, Pirin dağlarında baş verən qar uçqunu nəticəsində bir nəfər ölüb.

Uçquna düşən gənc oğlanın meyiti Todorka yüksəkliyi ərazisində aşkar olunub.

Hadisə bu gün Bakı vaxtı ilə 19:20-də baş verib. İlkin məlumata görə, 23 yaşlı oğlan qar uçqununa xizək sürmək üçün qadağan olunmuş ərazidə düşüb.