“Rusiya May bayramlarından öncə Ukraynada destablizasiya yaradacaq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Arseni Yaçenyuk çıxış edib.Onun sözlərinə görə, Rusiya Ukraynadakı vəziyyəti gərginləşdirməkdən ötrü klassik variantlardan istifadə edir:
“Putinin destablizasiya üçün bir neçə planı var. Vətəndaşların təhlükəsizliyi, terrorizmlə mübarizə və provokasiyaların qarşısının alınması hazırda bizim həyata keçirməli olduğumuz əsas vəzifələrdir”.