Qocalar evi arxitektorlar və interyer dizaynerləri üçün heç də həmişə ilham mənbəyi olmur.
Ancaq Yaponiyada hər sahəyə özəl baxış var.Tokialı arxitektor İssey Suma fiziki qüsurlu və yaşlı insanların ömürlərinin qızıl qürub çağını layiqincə yaşamaq üçün fərqli bir şey düşünüb.
İssey Sumanın layihələşdirdiyi bu kompleks kiçik dağlıq şəhər olan Sidzuokada tikilib və "Cikka" adlanır. O, ətraf landştafta əla uyğunlaşır.
İlk baxışdan o çox kiçik görünür. Yaxına gəldikdə isə bunun belə olmadığı məlum olur.
İlk əvvəl "Cikka" iki 60 yaşlarında yapon üçün layihələndirilmişdi. Onlarla aşpaz və sosial işçi də yaşamalı idi.
Lakin sonradan yaşayış binasında əlavə bir neçə sakinin də yerləşdirilməsi qərara alınıb.
Qaziler.az