Dağıstanda 20 nəfərdən çox məktəbli qidadan zəhərlənib

Dağıstanda 20 nəfərdən çox məktəbli qidadan zəhərlənib backend

Dağıstanın Buynaksk rayonunda uşaqlar məktəb yeməkxanasında yedikləri nahardan sonra xəstəxanaya yerləşdirilib.

Virtualaz.org saytı “RİA Novosti”yə istinadən xəbər verir ki, məktəblilər yoluxucu xəstəliklər şöbəsinə çatdırılıb.

"Dünən bağırsaq infeksiyası əlamətləriylə 21 uşaq şöbəmizə daxil olub. İlkin məlumatlara görə, uşaqlar məktəb yeməkxanasında yedikləri nahardan zəhərləniblər", - xəstəxananın qəbul bölməsinin növbətçisi belə deyib.

O həmçinin əlavə edib ki, xəstəxanaya gətirilən uşaqlar 7-9 yaş arasında olublar. Onların hamısı şəhərin 3 saylı məktəbinin şagirləridir. Hazırda məktəbillərin vəziyyəti stabildir.