Merkeldən Putinə yeni təklif

Merkeldən Putinə yeni təklif backend

O, Rusiya ilə azad ticarət zonasının yaradılmasını istəyir.

Almaniya kansleri Angela Merkel Rusiya ilə azad ticarət zonasının yaradılmasının əhəmiyyətindən danışıb.

ANS PRESS xəbər verir ki, xanım Merkel bu barədə Ştralzund şəhərində keçirilən iqtisadi forumda deyib.

O bildirib ki, Rusiya ilə azad ticarət zonanın perspektivi bizim üçün də əhəmiyyətlidir. İki ölkə arasında siyasi xarakterli problemləri var, amma, bunların öhdəsindən siyasi dialoq vasitəsilə gəlmək olar.

A.Merkel vurğulayıb ki, Avropa İttifaqının Ukrayna və Moldova ilə imzaladığı Assosiasiya sazişi Rusiyaya qarşı yönəldilməyib, əksinə, bu ölkələri ümumi ticarət zonasına cəlb edir: "Biz addımbaaddım onları ümumi iqtisadi sahəyə yaxınlaşdırırıq. Rusiya Prezidenti Vladimir Putinin bir dəfə dediyi kimi, Vladivostokdan Lissabona qədər."

Almaniyanın iqtisadiyyat və energetika naziri Ziqmar Qabriyel bildirib ki, Ukraynada münaqişə bitirdikdən sonra Avropa İttifaqı bu məsələdə Rusiya ilə danışıqlara başlaya bilər.

Xatırladaq ki, bu ilin yanvarında Almaniya Sənaye-Ticarət Palatasının direktoru Martin Vanslebenin Almaniya və Rusiya arasında azad ticarət zonasının yaradılmasının məqsədəuyğun olduğunu deyib.
Diaspora