Liviya sahillərində türk gəmisi batıb

Liviya sahillərində türk gəmisi batıb backend

Türkiyənin yük gəmisi Liviya sahillərində batıb.

"Report"un məlumatına görə, bu barədə "Frans Presse" agentliyi Liviyanın dəniz donanması nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, qəza zamanı 7 nəfər itkin düşüb. "Ekipaj üzvlərinin sayı 13 nəfərdir. Onların hamısı Türkiyə vətəndaşlarıdır. Gəmi heyətindən 6 nəfər xilas edilib. Daha 7 nəfər itkin düşüb" – deyə general Əyub Qassem bildirib.
Onun sözlərinə görə, gəminin ekipajı Mistrat port şəhərindən 2,5 dəniz mili məsafədə yardıma ehtiyac olduğunu bildirib.