İnterpol KXDR lideri Kim Çen Inın qardaşı Kim Çen Namın öldürülməsində şübhəli bilinən dörd Şimali Koreya vətəndaşının beynəlxalq axtarışı üçün “qırmızı bildiriş” verib.
Virtualaz.org “Sky News” telekanalına istinadən xəbər verir ki, bu barədə Malayziya polisi bildirib.Bundan öncə Malayziya polisi Kuala-Lumpur hava limanında qətlə yetirilmiş şəxsin Kim Çen Inın qardaşı olduğunu təsdiqləmişdi.