Gürcüstanda iki gün qeyri-adi aksiya olacaq.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 20-21 mart tarixlərində ümumdünya poeziya günü münasibəti ilə Tiflisdə bir sıra kafelər ödənişsiz fəaliyyət göstərəcək. Onlar xidmətin əvəzində müştərilərdən bir bənd şer tələb edəcəklər.Aksiyada iştirak etmək üçün kofe və ya çay sifariş etmək kifayətdir. Əvəzində isə bədahətən və ya yazıçılardan birinin şerini ya əzbər demək, ya da bir listə yazmaq olar.
Artıq aksiyaya Tiflisin "Tiffani Bar", "Terasa", "Funicular", "Tiflis brunch", "Accent", "Bar 26","Guinness", "Julius Meinl" kimi kafelər qoşulmaq niyyətlərini açıqlayıblar.
Qeyd edək ki, ötən il bu layihəsində dünyanın 34 ölkəsindən 100 min insan iştirak edib.