Seuldə polislə toqquşma

Seuldə polislə toqquşma backend

QAZİLER.AZ saytı Evronyusa istinadən bildirir ki, Cənubi Koreya polisi bazar gunu gecəsi Seulun mərkəzində 10 minlərlə insanın iştirak etdiyi mitinqdə 100-ə yaxın aksiya iştirakçısını saxlayıb. Aksiyanı bir il əvvəl “Sevol” gəmi qəzasında həlak olmuş insanların qohumları təşkil ediblər. Onlar oturaq aksiya keçirməyə cəhd ediblər.

Cənubi Koreyanın marşını 10 minə yaxın insan səsləndirib. Bəzi iştirakçılar prezident rezidentiyasına daxil olmağa da çalışıb.
Polis mitinqi dağıtmaq üçün gözyaşardıcı qazdan və sudan istifadə edib.

Xatırladaq ki, “Sevol” gəmisi 2014-cü il aprelin 16-da Koreyanın cənub-qərb sahillərində batıb. Nəticədə 300-ə yaxın insan həlak olub. 172 sərnişini isə xilas etmək mümkün olub. Etirazçılar gəmidəkilərin batmasının günahını hökumətdə görürlər. Onlar bildirirlər ki, hökumət orqanları məsuliyyətli olsaydı, ölənləri də xilas etmək olardı.
Diaspora